Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

İndoneziyada mədən qəzasında 13 nəfər öldü

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

İndoneziyanın mərkəzi hissəsindəki mədəndə baş verən qəza nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb.

Antara informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda dağıntılar altında qalan insanları sayı dəqiq bilinmir. “Al Jazeera” telekanalının məlumatına görə, dağıntılar altında 100-ə yaxın insanın qala biləcəyi ehtimal edilir.

Xatırladaq ki, faciə fevralın 26-da Şimali Sulavesi əyalətinin Bolaanq-Monqondou dairəsində baş verib. Torpaq sürüşməsi nəticəsində qanunsuz qızıl hasilatı mədənində daşıyıcı qurğular dağılıb.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.(AZƏRTAC)

AzNews.az