Türkiyə XİN məlumat yayıb Türkiyə XİN məlumat yayıb

Ermənilərlə bağlı qərara etiraz: “Təhrif olunmuş zehniyyət Çexiyada hələ də aktivdir”

Türkiyə XİN məlumat yayıb

“Çexiya parlamentinin 1915-ci il hadisələri ilə bağlı verdiyi qərarın bizim üçün mühakiməsi yoxdur”.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in Çexiyanın “erməni soyqırımı” ilə bağlı qərarına cavabında bildirilib.

Məlumatda qeyd edilir ki, “Çexiya parlamentində 1915-ci il olayları ilə bağlı qəbul edilən qərar iki ölkənin münasibətlərinə xələl gətirən və birtərəfli əsassız diskussiyalara əsaslanan təhrif olunmuş zehniyyətin Çexiyada hələ də aktiv olduğunu göstərir.

Dünyanın koronavirus epidemiyası ilə mübarizə apardığı bir vaxtda qərarın parlamentdə az sayda deputatın iştirak etdiyi bir ortamda qəbul edilməsi bunun arxasındakı məkrli təfəkkürü də ortaya çıxarır”.

Ləman Hüseynzadə