İndoneziyanda sürət qayığının batması nəticəsində 11 nəfər həlak olub

İndoneziyanın qərbində içərisində 78 nəfərin olduğu sürətli qayığın batması nəticəsində 11 nəfər ölüb.

Aznews.az xəbər verir ki, Pekanbaru Axtarış və Xilasetmə Departamentinin direktoru Nyoman Sidhakarya, batan qayıqdakı 78 nəfərdən 58 nəfəri xilas etdiklərini açıqlayıb.

Sidhakarya 11 nəfərin cəsədinin tapıldığını, 9 nəfərin isə itkin düşdüyünü qeyd edib.

Xilas edilənlərdən bəzilərinin huşsuz olduğunu və müalicə altına alındığını bildirən Sidhakarya, sərnişinlərin bayram səfərindən qayıtdıqlarını bildirib.

Batma səbəbi ilə bağlı araşdırma başlayarkən, şahidlər qayığın taxtaya dəyməsi nəticəsində çevrildiyini iddia edib.

Axtarış-xilasetmə işləri davam etdikcə ölənlərin sayının artacağından ehtiyat edilir.

Qeyd edək ki, Dəniz nəqliyyatının çox olduğu İndoneziyada qayıq qəzaları tez-tez baş verir. 2018-ci ildə Şimali Sumatrada qayığın batması nəticəsində 167 nəfər həlak olub.

Mövsüm