Fransa yenilənmiş səsdən sürətli ASMPA raketini sınaqdan keçirib

Fransa nüvə başlığı daşıya bilən yenilənmiş ASMPA raketinin ilk sınağını keçirib, ölkənin Silahlı Qüvvələr naziri Sebastien Lekornu bildirib.

“Fransa Hərbi Hava Qüvvələrinə məxsus Rafale təyyarəsi təkmil səsdən sürətli nüvə raketi ASMPA-nın bortda faydalı yük olmadan ilk sınaq buraxılışını uğurla başa vurdu”, o, X (keçmiş Twitter) sosial şəbəkə səhifəsində yazıb.

Nazirin sözlərinə görə, sınaq Müdafiə Planlaşdırılması Aktında müəyyən edilmiş nüvə qarşısının alınması məqsədlərini həyata keçirir və "üstünlük və əməliyyat etibarlılığı" nümayiş etdirir.

Mövsüm

Aznews.az