"Hər zaman Axıska türklərinin yanındayıq"

Görüşdə Axıska türklərinin öz vətənlərinə dönüşü istiqamətində vəziyyət müzakirə edilib.

Axıska türklərini təmsil edən DATÜB Baş katibi Ziyatdin İsmihanoğlu Kassanov və təşkilatın fəalları millət vəkili Qənirə Paşayeva ilə görüşüb və Axıska türklərinin öz vətənlərinə dönmələri ətrafında geniş müzakirələr olub.

AzNews.az xəbər verir ki, Qənirə Paşayeva "hər zaman Axıska türkləri qardaş-bacılarımızın yanındayıq" deyib.

Millət vəkili Q. Paşayeva Axıska türklərinin doğma yurda dönüş üçün uzun illərdir apardıqları mübarizəni yaxından izlədiyini, çox çətinliklə də olsa əldə edilən bəzi nəticələrin yeni situasiya yaratdığını bildirib.

Problemə AŞPA səviyyəsində bəslənən münasibət, habelə Azərbaycan və Türkiyənin, eləcə də digər dost və qardaş respublikaların məsələyə münasibəti barədə fikir mübadiləsi aparılan görüşdə Gürcüstanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərdən və mövcud durumdan irəli gələn məsələlər barədə də danışılıb.

Görüşdə Axıska türklərinin öz vətənlərinə dönüşü istiqamətində vəziyyət, görülən işlər, problemlər, AŞPA-dakı görüşlərin nəticələri ilə bağlı maraqlı müzakirələr də aparılıb. Axıska türklərinin dönüşü istiqamətində gedən işlərdən,problem və əngəllərdən danışan Axıska türkləri təmsilçiləri Qənirə Paşayevanın axıska türklərinə hər zaman əlindən gələn dəstəyi göstərdiyinə görə təşəkkür etməklə yanaşı bu istiqamətdə səylərini daha da artırmasını da xahiş ediblər.

DATÜB Baş katibi Ziyatdin İsmihanoğlu Kassanov və təşkilatın fəalları "Azərbaycan da bizim vətənimizdir, hər zaman Azərbaycanın yanındayıq, Qarabağ problemi bizim də problemimizdir və məsələdə Azərbaycanın yanındayıq, Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin daha geniş təbliği istiqamətində səylərimizi bundan sonra artıracaqlarını deyiblər.

"Axıska türkləri bizim qardaş-bacılarımızdı və onların problemi bizim də problemimizdir" deyən millət vəkili Qənirə Paşayeva bundan sonra da əlindən gələn dəstəyi hər zaman göstərəcəyini deyib.

DATÜB Baş katibi Ziyatdin İsmihanoğlu Kassanov və millət vəkili Q.Paşayevanın Gürcüstanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri Tamar Çuqoşvili və Avropa Şurasındakı daimi nümayəndəsi İrakli Giviashvili ilə görüşündə Axıska türklərinin öz yurdlarına dönməsi və bu ölkədə yaşayan azərbaycanlılarla bağlı məsələlər xüsusi diqqət mərkəzində olub.

AzNews.az

image description image description image description image description