“Biz Azərbaycan mətbuatının patriarxını itirmişik”

"Onun üçün hər şeydən öncə millət, dövlət və vətən idi"

"Şirməmməd Hüseynovun vəfatı Azərbaycan mətbuatı və cəmiyyəti üçün çox böyük itkidir”.

Bunu jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

O bildirib ki, Ş.Hüseynovun banisi olduğu məktəb hər zaman işıq saçacaq:

"Biz Azərbaycan mətbuatının patriarxını itirmişik. Şirməmməd Hüseynov bütün yaradıcılığı boyu nəsillər üçün nümunə idi. Onun üçün hər şeydən öncə millət, dövlət və vətən idi. Şirməmməd Hüseynov elə bir məktəb yaradıb ki, o məktəbin işığı uzun illər, daim Azərbaycanı işıqlandıracaq. Allah ona rəhmət eləsin və qəbri nurla dolsun”.

Qeyd edək ki, Ş.Hüseynov iyunun 24-də 95 yaşında dünyasını dəyişib.(report.az)

AzNews.az