"Qəbul imtahanının məzmununda dəyişiklik ediləcək"

"Bu sahədə abituriyentlərə kömək üçün yanvar ayına qədər elektron imtahan keçiriləcək"

"Qəbul imtahanlarının məzmununa işğaldan azad edilən ərazilərin tarixi barədə yeniliklər olacaq".

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, azad olunan ərazilərin tək işğal tarixi yox, azad olunması tarixləri də imtahan məzmununda əks olunacaq: “Bu sahədə abituriyentlərə kömək üçün yanvar ayına qədər elektron imtahan keçiriləcək. Noyabr ayında yeni blok imtahanları baş tutacaq. Yeni proqramlar müzakirə olunub, dərsliklər üzərində monitorinq aparılıb. Yeni proqram dərc edildikdən sonra bu il epidemioloji vəziyyət imkan verərsə, yanvar ayından sınaq imtahanları keçiriləcək”. (Report)