"Xaricdəki anti-Azərbaycan şəbəkəsi üçün vətən, dövlət, xalq deyil, məhz qrant maraqlıdır". "Xaricdəki anti-Azərbaycan şəbəkəsi üçün vətən, dövlət, xalq deyil, məhz qrant maraqlıdır".
  • Tribuna
  • 28 Noyabr 2018 17:34
  •  2 417

“Xaricdəki anti-Azərbaycan şəbəkəsi üçün məhz qrant maraqlıdır” - Deputat

"Xaricdəki anti-Azərbaycan şəbəkəsi üçün vətən, dövlət, xalq deyil, məhz qrant maraqlıdır".

"Xaricdə yaşayan soydaşlarımızın anti-Azərbaycan dairələrin birbaşa nəzarəti altında və maliyyəsi ilə fəaliyyət göstərməsi, sifarişlər yerinə yetirməsi, onların əsas məqsədlərinin qrant almaq olmasını dəfələrlə demişik".

Bu sözləri "Sherg.az"a millət vəkili Aqil Abbası söyləyib.

Deputat qeyd edib ki, əlbəttə, Azərbaycandan kənarda müəyyən qüvvələr var. Həmin dairələr bu cür insanları maliyyələşdirir. Onlar da özlərini ədalət çarçısı kimi təqdim edərək Azərbaycanın əleyhinə kampaniyalar aparırlar. Şübhəsiz ki, bu hal düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil:

"Həmin anti-Azərbaycan dairələr də bunu ona görə edirlər ki, ölkəmizdə müəyyən boşluqlar yaransın və onlar da burada istədiklərini həyata keçirsinlər. Amma biz bunu görürük və heç zaman belə bir halın ölkəmizə ayaq açmasına imkan vermərik.İndi həmin o alətə çevrilən insanlar qranta görə bir-birlərini qırırlar. Bu vəziyyət onların içini üzə çıxardı. Görünür, bu adamlar üçün vətən, dövlət, xalq deyil, məhz qrant maraqlıdır. Belələri ilə başqa cür məşğul olmaq lazımdır".

Millət vəkili onu da əlavə edib ki, bu cür insanlar yalnız onlara qarant verən dairələrin sifariş və tələbini yerinə yetirirlər:

"Onlar qrant ayıran dairənin istədiyi havaya oynayırlar. Hətta deyim ki, bu insanlar ən çox tənqid etdiyi şəxslərdən biri də mənəm. Həmin adamlar qanun qarşısında cavab verəcəklər".

Qeyd edək ki, artıq bir neçə gündür ki xaricdə yaşayan və Azərbaycan dövlətinə qarşı ardıcıl şəkildə kampaniya aparan şəbəkənin aparıcı nümayəndələri bir birinı qarşı ifşaedici açıqlamalar verirlər. Açıqlamalar göstərir ki, özlırini demokratiya carçısı və ədalət tərəfdarı kimi qələmə verənlər, sözdə dövlət və millətin qayğısı ilə yaşadıqlarını bəyan edınlər əskində xarici anti-Azərbaycan dairələrin birbaşa nəzarəti altında və maliyyəsi ilə fıaliyyət göstərmiş, sifariş yerinə yetirmişlər. Onların əsas məqsədi daha çox qrant almaq və məbimsəmək olub. Bu məqsədlərə xidmət edənlər sadəcə xain və düşmən dəyirmanına su tökən ünsürlərdir.(sherg.az)

© AzNews.az