- Tribuna
- 7 Noyabr 2019 16:45
- 5 424
Vüqar Rəhimzadə: “Neft Daşları” unikal bir layihədir”
Neftçilərin əməyinə daim dövlət və Azərbaycan Prezidenti İlham Əliyev yüksək qiymət verib
“Neft Daşları” unikal bir layihədir, unikal bir işdir. Bu gün “Neft Daşları”nda ilk neftin hasil edilməsinin 70 ili tamam olur.
Bunu “İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə bildirib.
O hesab edir ki, bu böyük bir tarixi hadisədir: “Azərbaycanda bir çox məqamlarda böyük ilkə imza atılıb. Azərbaycan “Neft Daşları”nı salmaqla da dünyada daha bir ilkə imza atıb. “Neft Daşları”nda çalışan neftçilər çox fədakar və olduqca cəsarətli insanlardır. Orada yaşamaq, fəaliyyət göstərmək çox çətindir. Oradakı həyatın sərt qışı, isti, qızmar günləri var, bu hallarda orada çalışanların nə qədər fədakar və cəsarətli olmalarını təsəvvür etmək çox da çətin deyil”.
Vüqar Rəhimzadə
“Neft Daşları”nda çalışan neftçilər çox fədakar və olduqca cəsarətli insanlardır".
O, bir neçə dəfə “Neft Daşları”na səfər etdiyini vurğulayaraq bildirib ki, orada gözəl və müasir şəhərin salınması onu valeh edib: “Eyni zamanda “Neft Daşları”nda gecələmişəm, bir neçə gün oradakı yataqxanada yaşamışam. O gecənin də dənizin ortasında nə qədər gözəl və eyni zamanda vahiməli olduğunun şahidi olmuşam”.
V.Rəhimzadə bildirib ki, bu gün Azərbaycan neftçiləri ölkənin iqtisadiyyatının inkişafında və ümumiyyətlə dünya iqtisadiyyatına böyük töhfələr verir: “Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə SOCAR bu gün müasir şəkildə qurulub. Azərbaycanın müasirləşməsində, quruculuğunda kifayət qədər neftçilərin əməyinin bəhrəsi var. Bu layihələrin həyata keçməsində neftçilərimizin əl izləri var. Neft müqavilələri imzalanmasaydı, bu gün Azərbaycanın qüdrətli iqtisadi inkişafından, sosial həyatının inkişafından danışmaq çox çətin olardı. Təbii ki, bu da Ulu Öndərimizin ən böyük şah əsərlərindəndir və neft müqavilələrinin imzalanması Azərbaycan iqtisadiyyatının inkişaf prinsiplərini, təməl prinsiplərini müəyyən eləyib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi şaxələndirmə proseslərində fəal inkişaf edir. Azərbaycanda böyük layihələr reallaşıb. Eyni zamanda Azərbaycanın mənafeyi naminə dünyada böyük layihələrə imza atılır”.
V.Rəhimzadə qeyd edib ki, neftçilərin əməyinə daim dövlət və Azərbaycan Prezidenti İlham Əliyev yüksək qiymət verib: “Dünən də biz bunun şahidi olduq. Qabaqcıl neftçilərimiz təltif edildi və “Neft Daşları”nın yaranmasının 70 illiyi ilə bağlı Prezidentin təbriki olub. Ölkənin Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın təbriki olub. Hesab edirəm ki, Azərbaycanda hər bir fərdin və hər vətəndaşların həyatında neftçilərin əməyinin nəticəsi və bəhrəsi özünü göstərir”. (Report)
AzNews.az