Almaniya Futbol İttifaqının (DFB) prezidenti Raynhard Qrindel istefa verib. Almaniya Futbol İttifaqının (DFB) prezidenti Raynhard Qrindel istefa verib.

Almaniya Futbol İttifaqının prezidenti istefa verdi

Almaniya Futbol İttifaqının (DFB) prezidenti Raynhard Qrindel istefa verib.

DPA agentliyi xəbər verir ki, 57 yaşlı funksionerin postundan gedişi “Der Spiegel”də nəşr olunan məlumatlarla bağlıdır.

Bildirilir ki, R.Qrindel DFB-nin törəmə şirkətində işlədiyi müddətdə 13 ay ərzində əlavə 6 min avro alıb və bunu gizlədib. O, ukraynalı oliqarxın hədiyyə etdiyi bahalı saatı götürdüyü üçün təzyiqlə üzləşib.

Qeyd edək ki, R.Qrindel 2016-cı ildən bu postu tutur. Onu əvəzləməyə ən real namizəd kimi vitse-prezidentlər – Rayner Kox və Raynhard Raubal göstərilir.(report.az)

AzNews.az