Ermənistan bu barədə heç bir sübut təqdim edə bilmir Ermənistan bu barədə heç bir sübut təqdim edə bilmir

“Ermənistanın Türkiyəyə təzyiq cəhdləri uğursuzluğa məhkumdur”

Ermənistan bu barədə heç bir sübut təqdim edə bilmir

Ermənistanın və erməni diasporunun bir sıra qərb ölkələrinin parlamentləri vasitəsilə Türkiyəyə təzyiq cəhdləri uğursuzluğa məhkumdur.

Bunu Türkiyə Prezidenti Administrasiyasından deyiblər.

Məlumatda qeyd olunur ki, Ermənistan qondarma “soyqırımı” barədə uydurmaları ilə Türkiyəyə təzyiq göstərmək iqtidarında deyil.

Administrasiyadan bildiriblər ki, Ermənistan 1915-ci il hadisələrinin “erməni soyqırımı” olması barədə heç bir sübut təqdim edə bilmir:

“Bir sıra qərb ölkələrinin parlamentlərinin 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi qəbul etməsi, o hadisələr barədə həqiqətin aşkar olunmasına mane olur”.(trend.az)

AzNews.az