Bu xəbəri Türkiyə mediası “Reuters” xəbər agentliyinə istinadla yayıb Bu xəbəri Türkiyə mediası “Reuters” xəbər agentliyinə istinadla yayıb

“Volkswagen” Türkiyədə maşın istehsal edəcək

Bu xəbəri Türkiyə mediası “Reuters” xəbər agentliyinə istinadla yayıb

Almaniyanın nəhəng avtomobil şirkəti “Volkswagen”in direktoru Herbert Diess Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Görüşdə, Manisada qurulması gözlənilən istehsal müəssisəsi ilə bağlı məsələlər müzakirə edilib.

Bu xəbəri Türkiyə mediası “Reuters” xəbər agentliyinə istinadla yayıb. Xəbərdə bildirilib ki, son dərəcə əhəmiyyət daşıyan bu əməkdaşlıqla bağlı gələn həftə rəsmi və ətraflı məlumat veriləcəyi gözlənir. Herbert Diessin “Volkswagen”in istehsal müəssisəsi yaratmaq üçün Türkiyə və Bolqarıstan ölkələri arasında seçim edəcəyi bildirilsə də, bəzi mənbələr şirkətin artıq Türkiyəyə yatırım edəcəyinə qərarlı olduğunu vurğulayıb.

Qeyd edək ki, Türkiyə 2018-ci ildə "Fiat", "Renault", "Ford", "Hyundai" ve "Toyota" kimi şirkətlərlə əməkdaşlıq edərək, 1,3 milyondan çox yüksək keyfiyyətli mühərrikli nəqliyyat vasitələri istehsal edib.(apa.az)

AzNews.az