- Türkiyə
- 7 Aprel 2021 16:48
- 5 023
Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb

Ölən var
Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb.
AzNews.az APA-ya istinadən xəbər verir ki, “Türk Ulduzları”na məxsus NF-5 tipli təyyarə Konyada qəzaya düşüb.
Qəza nəticəsində pilot həlak olub.
Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub.