• Qərb
  • 7 May 21:12
  •  2 153

Fiko AK-nin Rusiya qazından imtinasını “iqtisadi intihar” adlandırır

Avropa Komissiyasının (AK) Rusiya qazından, nüvə enerjisindən və neftindən tədricən imtina etməyi nəzərdə tutan “yol xəritəsi” ilə razılaşmaq iqtisadi intihar olardı.

Bu barədə Slovakiyanın baş naziri Robert Fiko məlumat verib.“Nə qazın, nə nüvə enerjisinin, nə də neftin, heç nəyin [Rusiya Federasiyasından tədarük edilməməli], hər şeyin sırf Qərb dünyası və ola bilsin, Rusiya Federasiyası, eləcə də digər ölkələr arasında yeni dəmir pərdə çəkildiyi üçün dayanması ilə razılaşmaq sadəcə olaraq iqtisadi intihardır”, - o qeyd edib.

Onun sözlərinə görə, AK Rusiya enerjisinin idxalına son qoymaq üçün “yol xəritəsi” təqdim edib ki, bu da Slovakiya hökuməti üçün qəbuledilməzdir.

Mövsüm

Aznews.az