Putin və Si Cinpin təkbətək görüşə başlayıblar

Rusiya prezidenti Vladimir Putin və Çinin sədri Si Cinpin arasında çay süfrəsi arxasında Kremldə təkbətək görüş keçirirlər.

Hər iki ölkənin liderləri Böyük Kreml Sarayının salonlarını gəzdikdən sonra qeyri-rəsmi şəraitdə ünsiyyətlərini davam etdirmək qərarına gəliblər.

Rusiya-Çin danışıqları ərəfəsində bildirildi ki, məhz bu formatda onlar “iki ölkə arasında qarşılıqlı fəaliyyətin ən həssas və əsas məsələlərini” müzakirə edəcəklər.

Mövsüm

Aznews.az