Azyaşlı qızları İŞİD-ə aparılan şəxsin həyatı təhlükədə - Suriyadan dəvət SMS-ləri

19 Fevral 2016 14:43 (UTC+04:00)

Bu barədə AzNews.az-a məlumat verən İ.Yusifov evinə hücum olunduğunu bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı "102 xidmət"inə zəng edib və Abşeron Rayon Polis İdarəsinə şikayət edib.

Bu ərəfədə uzun müddətdir ki, səs-soraqları kəsilmiş ailə üzvləri İlqarla əlaqə saxlayıb. Qızları Nəzrin və Lalə "Whatsapp" vasitəsilə atalarına mesaj yazaraq, Rakkada olduqlarını deyiblər. Qızlar anaları Pərvanənin də onu Suriyaya çağırdığını bildiriblər. Onlar atalarını İslamı qəbul edib yanlarına getməyə səsləyiblər.

İ.Yusifov isə bunun ona qarşı qurulmuş tələ olduğunu düşünür: "Hesab edirəm ki, bu məlumatların yayılmasını istəməyən qüvvələr məni aradan götürmək üçün Azərbaycandan çıxarmağa çalışırlar. İstəyirlər ki, sərhəddən çıxan kimi məni öldürsünlər və beləcə bu işin üstünün açılmasına mane olsunlar. Mən bilirəm ki, Azərbaycanda həmin qüvvələrin havadarları var. İstəyirəm ki, onlar aşkarlansın, ailəm geri qayıtsın. Qayıtmasa belə heç olmazsa başqa ailələr bədbəxt olmasın".






Məsələ ilə bağlı ətraflı məlimatları aşağıdakı linklərdən oxuya bilərsiniz:

MTN-ə İŞİD ittihamı – Suriyaya qaçırılan uşaqların açdığı dəhşətli faktlar (Video+Fotolar)

Arvadı və qızları İŞİD-ə qoşulan şəxs Ramil Usubova müraciət etdi - Həyatı təhlükədə

Azyaşlı qızları İŞİD-ə qoşulan ata şok faktlar açıqlayır: "MTN-də dedilər, danışsan..."

"MTN İŞİD-ə "yaşıl işıq" yandırırdı" – Qızları Suriyaya qaçırılan atadan şok ittihamlar