Ağadi Mehrali - Sisyan rayonunda kənd adı. Ağudili Mehrəli adlı şəxsə məxsus kənd mənasındadır. Kənddə 1886-cı ildə 116 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağıdılmışdır.
Ağaflı - Goras rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazin beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adi Aqaplu şəklində göstərilmişdir. Gorus rayon mərkəzindən 23 km. şimal-şərqdə yerləşmişdi. XX əsrin əvvəllərində kənd dağılmışdır. Ağaflı kəndin əsasını qoymuş nəslin adı ilə bağlıdır.
Ağağa- Sisyan rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi" toplusunda kəndin adi Aqay şəklində göstərilmişdir.
1727-ci ildə tərtib olunmuş "Naxçıva sancağının müfəssəl dəftəri"ndə kəndin adı Ağayi kimidir ki, bu da "Ağaya məxsus" mənasındadır. Həmin mənbədə deyilir ki, kənddə cəmi 1 müsəlman (azərbaycanlı) ailəsi yaşayır. Kənddə 1886-ci ildə 19 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlı əhalisi qovulduqdan sonra kənd dağıdılmışdır. Xarabalıqdan son vaxtlara qədər Sıxlar kəndinin yaxınlığında qalırdı.
Ağakəndi - Sisyan rayonunda kənd adı. Yazili mənbələrdə 1468-ci ildən adı çəkilir. İrəvanda Matenadaran arxivində saxlanılan 1508-ci il 08 noyabr tarixli alqı-satqı qəbaləsində Ağakəndinin Tatev monastirma bağışlandığı təsdiq edilir. "Urud və İsgəndər qalası livalarının müfəssəl dəftəri"ndə (1593-cü il) dağıdılmış azərbaycanlı kəndi kimi göstərilir.
Ağakişilər – Zəngilan rayonunda kənd. Dağlıq ərazidədir. İsgəndərbəyli kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzindon şimal-şərqdə, rayonun 38 km-də, dəniz səviyyəsindən 1240 m. hündürlükdə ycrləşir. Ağakişilər kəndi Zəngilan rayonunun Ağbis, İsgəndərbəyli və Qubadlı rayonunun Qiyaslı, Çərəli kəndləri ilə qonşudur. Kənddə işğala qədər (1993) orta məktəb, klub, kitabxana, mağaza, və digər sosial obyektlər var idi. 10 ev, 62 nəfər əhali olmuşdur. Ağakişilər kəndində Mövdan dərəsi, Xanəhməd bulağı və s. adlı toponimlər var idi. Yaşayış məntəqəsini 1918-ci ildə Qafan rayonunun Kirs kəndindən ermənilər tərəfindən qovulmuş ağakişilər nəslinə mənsub ailələr saldığına görə belə adlandırılmışdır. Kəndən ərazisi keçmişdə kirslilarin yataq yeri olmuşdur.
Ardı var...
Mənbə: Musa Urud “Zəngəzur toponimləri”, Bakı-2013