Açağu, Afqanlu , Ağabaş, Ağaçay Açağu, Afqanlu , Ağabaş, Ağaçay
  • Mahal
  • 10 Avqust 2021 12:43
  •  11 019

Zəngəzur toponimləri

Açağu, Afqanlu , Ağabaş, Ağaçay

Əvvəli burada

Açağu- Qafan rayon mərkəzindən 7-8 km şimal-qərbdə, Qır qalası dağının ətəyində, Oxçu çayının sol sahilində, şəhərcik və Davud bəy qəsəbələrinin arasında yerləşir. Kəndin adının mənası dəqiqləşdirilməmişdir. Haça dağ arasında yerləşən kənd mənasında olduğu güman edilir. Kənd mənzərəli bir yerdə yerləşmiş, meşəliklə əhatə olunmuşdur. Kəndin yaxınlığında 75 metr hündürlükdə tökülən, əsrarəngiz gözəlliyə malik şır-şır şəlaləsi yerləşir. Kəndin tarixi barədə əlimizdə tutarlı, yazılı mənbələr olmasa da, Açağu kəndinin ətəyində çox qədim qəbir daşlarının olması, iki Alban kilsəsinin mövcudluğu burada çox qədimdən insanların məskunlaşdığını göstərən dəlillərdir. Açağu kəndinin ətrafındakı bulaq, əkin və örüş yerləri və s. toponimlər təmiz Azərbaycan türkçəsində idi: Böyük taxtdır, Kiçik taxtdır, Çimən dağı, Armudlu, Kəmərə qaya, Eşşək küfülü, Novlu çeşmə, Məmməştapan və s.

1918-20-ci illərdə Qafan rayonunun digər azərbaycanlı kəndləri kimi Açağu kəndi də ermənilər tərəfindən talan və qırğınlara məruz qalmış, kəndin salamat qalan əhalisi Pirdavdan-Qapıcıq yolu ilə Ordubada pənah aparmışdır. 1922-23-cü illərdə kənd camaatı qaçqınlıqdan geri dönmüş , yandırılıb-dağıdılmış yurd yerlərini bərpa edərək, doğma yurdda yenidən məskunlaşmışlar. 1988-ci ildə Açağu kəndindən klub, 6 mindən çox kitab fondu olan kitabxana, 8 illik məktəb, tibb məntəqəsi var idi.

1988-ci ilin 4 dekabrında Qafan ermənilərinin təzyiqi ilə açağulular öz yurdlarından didərgin salındılar. 55 evdən ibarət bu azərbaycanlı kəndinin camaatı hazırda Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunda məskunlaşıb.

Afqanlu - Gorus rayonunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beş verstlik xəritəsinin ad göstəricisi toplusu"nda kəndin adı Avqanlu şəklində göstərilir. Yerli tələffüz forması Avqanlı. 1905-ci ildə tərtib olunmuş Qafqazın hərbi-topoqrafik xəritəsində kəndin adı Aqvanna, yeri isə Maldaş və Tanzaver kəndlərinin arasında göstərilir. Bəzi mənbələrdə bu kəndin Sisyan rayonuna aid edilməsi səhvdir. Toponimin mənası Qafqaz Albaniyasi və alban tayfalarının adı ilə bağlıdır. Qədim erməni dilində "1" səsi olmadığına görə "b" səsinin "v" səsi ilə əvəzlənməsiylə Alban etnonimi "Aqvan" kimi tələffüz edilir və yazılıdı. ərəb işğalından əvvəl IV əsrdə xristian dinini qəbul etmiş alban xalqının əksər hissəsi sonradan islam dinini qəbul etmiş, yalnız Artsak, Şəki və az miqdarda Dağlıq Şirvanda albanlar xristian dinindən dönməmişdilər. Alban tayfası Göyçə və Zəngəzur bölgələrində də yaşayırdı. Aqvanlu toponimi göstərir ki, bu yaşayış məntəqəsi "alban" etnonimi unudulduqdan və onu bu adının ermənicə tələffüz forması olan "aqvan" adı əvəz etməsindən sonra yaranmışdır.

XIV əsrdə Qarabağı ələ keçrin Əmir Teymur ona tabe olmaqdan boyun qaçıran, özünü "aqvan" adlandıran 20 min nəfər xristian albanı Orta Asiyaya – Qəndəhara köçürmüşdü. Xristian albanlar orada islam dinini qəbul etmiş və hakim qüvvəyə çevrilmişdilor. XVIII əsrdən sonra "Ağvan" etnonimi təhrifə uğrayaraq "Afqan" forması kəsb etdi və "Əfqanistan" adına çevrildi. Hazırda Əfqanıstanda çoxlu Qarabağ toponimləri də məhz ağvanlarm (albanlann) özləri ilə apardıqları "Qarabag" adından ibarətdir. 1918-ci ildə əhalisi qovulmuş və kənd dağıdılmışdr.

Ağabaş- Sisyan rayonunda kənd adı. 1590-ci ildə tərtib olunmuş "İrəvan əyalətinin icmal dəftəri"ndə Sisyan nahiyəsində kənd olaraq göstərilmişdir. Mənbədə Əlili kəndi ilə birgə qeyd olunmuşdur. Ağa şəxs adından və farsça bəş - "əkin yeri" sözündəndir. Ağanı əkin yeri mənasındadır. 1595-ci ildə tərtib olunmuş "İrəvan əyalətinin icmal dəftəri"ndə bu kənddə yaşayan Ömər adlı şəxsın timar sahibliyi qeyd olunur. Sonrakı mənbələrdə adı çəkilmir.

Ağaçay - Qubadlı rayonu ərazisində çay. Bərgüşad çayının qolu. Yerli sakinlərin verdiyi məlumata görə çayın adı bölgədə yaşamış hörmətli bir seyidin şərəfinə belə adlandırılmışdır.

Ardı var...

Mənbə: Musa Urud, “Zəngəzur toponimləri”

Bakı-2013