Musiqi sahəsində dünyanın ən prestijli Beynəlxalq “Grammy” mükafatının “Klassik musiqi” nominasiyasında namizədlərin adı açıqlanıb. Musiqi sahəsində dünyanın ən prestijli Beynəlxalq “Grammy” mükafatının “Klassik musiqi” nominasiyasında namizədlərin adı açıqlanıb.

Azərbaycanlı bəstəkara şad xəbər – O, “Grammy” mükafatını ala bilər

Musiqi sahəsində dünyanın ən prestijli Beynəlxalq “Grammy” mükafatının “Klassik musiqi” nominasiyasında namizədlərin adı açıqlanıb.



Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin də adı həmin namizədlər arasında göstərilib.

Bəstəkar AzNews.az-a bu xəbəri "Hans Sikorski" Yayım Evinin xəbər lentindən əldə etdiyini deyib.

"Orada üç bəstəkarın adı qeyd edilib. Bunlardan biri müasir musiqi sahəsində böyük müvəffəqiyyətlər əldə edən amerikalı bəstəkar Lera Auerbaxdır. Siyahıda adı qeyd olunan digər bəstəkar isə Meçislav Vaynberqdir. O, yaşlı nəslin nümayəndələrindəndir. Meçislavın "Anna Frankın gündəliyi" operası dünyanın bir çox ölkəsində səhnəyə qoyulub.

Fəxrlə deyə bilərəm ki, bu üç namizəddən biri olmaq mənim üçün böyük uğurdur. Bu mükafatı almağa nə qədər şansımın olduğunu deyə bilmərəm, lakin 2015-ci il il fevralın 8-də keçiriləcək təqdimat mərasiminə artıq dəvət almışam.

Mənim üçün əlamətdar məqam odur ki, bu ali mükafata məşhur amerikalı skripkaçı, meqa-star Hillari Hanın "Deutsche Grammofon"da işıq üzü görən, mənim musiqilərimdən ibarət alboma görə namizəd göstərilmişəm", - deyə Firəngiz Əlizadə vurğulayıb.

Qeyd edək ki, Beynəlxalq "Grammy" mükafatı musiqi sahəsində dünyanın ən məşhur mükafatı sayılır və "Oskar"ın musiqi variantı hesab edilir.

AzNews.az