Rusiya hərbçiləri Qarabağı tərk edir. İndi sözünüz nədir? - Azər AYXAN

"Bəs deyirdiniz İham Əliyev Qarabağı ruslara satıb? 2020-ci ilin 10 noyabrından başlayaraq "İlham Əliyev Qarabağı Rusiyaya satdı" deyib/yazıb həşir qoparanların millətdən və dövlətdən üzr borcu var. Utansınlar bu şərləmələrinə görə. Gərçi onlarda utanmaq hissi yoxdur".

Bu sözləri tanınmış jurnalist Azər Ayxan öz Facebook səhifəsində yazıb. "Globalinfo.az" saytının baş redaktoru sözlərinə belə davam edib:

"Millətin qələbəsini burnundan gətirdi siyasi qaraçılar, qaraguruh ustaları. Gah dedilər, Qarabağı Putinə satdılar, gah dedilər, Xankəndi, Xocalı işğaldan azad edilməyincə buna qələbə demək olmaz. Gah dedilər, Laçın şəhəri Rusiyanın nəzarətindədir, ermənilərə koridor verilib. 3 il yarımdır bu zehniyyət Azərbaycanı, onun qələbəsini gözdən salmaqla məşğuldur. Ordunun əziyyətini, hərbçilərin qəhrəmanlığını yerə vurmaqdan zövq alırlar. Şəhidlərin ruhunu incidirl'r. Qazilərin yarasına köz basırlar. Rusiya hərbçiləri Qarabağı tərk edir. İndi sözünüz nədir? Hansı arqumentə söykənib, şər atacaq, kin qusacaqsınız? Bəlkə siz də heç vaxt olmadığınız siyatdən gedəsiniz?

Siyasi səbatsızlığınız və qərəziniz üzündən Qarabağı tərk edən Rusiya hərbçilərinin texnikalarının tırtılları altında qaldınız".

AzNews.az