Trampdan İranın nefti və uranı ilə bağlı sensasion iddialar

Hind okeanında ələ keçirilən İran tankerlərindəki neftin böyük hissəsi ABŞ-a yönləndirilir.

Bunu ABŞ Prezidenti Donald Tramp “Salem News” telekanalına müsahibəsində deyib.

“Onun böyük hissəsi ABŞ-a gəlir”, – deyə Tramp qeyd edib.

O qeyd edib ki, İranın zənginləşdirilmiş uran ehtiyatları artıq böyük dəyər daşımır və ehtimal ki, istifadə üçün yararsızdır.

“Dəyər baxımından o qədər də maraqlı deyil, yəqin ki, istifadə etmək mümkün deyil”, – deyə Tramp bildirib.

Bununla yanaşı, o vurğulayıb ki, ABŞ yenə də bu ehtiyatları əldə etmək istəyir.

ABŞ lideri əlavə edib ki, Tehran raket proqramına məhdudiyyətlər tətbiq etməyə məcbur olacaq.

AzNews.az