Makron: Avropa böyük dövlətlərdən asılılıqla mübarizə aparır

Avropa böyük dövlətlərdən asılılığını azaltmağa və strateji muxtariyyətini gücləndirməyə çalışır.

Fransa Prezidenti Emmanuel Makron bunu Yerevanda keçirilən sammitdə bildirib.

"Son bir neçə ildə biz avropalılar kollektiv həyəcan təbili çalmaq və heç bir böyük gücdən asılı olmamaq qərarına gəldik. Və bu, həm də strateji muxtariyyət üçün əsas şərtlərdən biridir", - deyə o, BFM televiziya kanalında bildirib .

Makron qeyd edib ki, Amerikanın "nüvə çətiri"ni müzakirə edərkən Avropa Vaşinqtona həddindən artıq güvənməsinin nəticələrini hiss edir. O bildirib ki, ABŞ-nin "nüvə çətiri" Avropa ölkələri üçün "otaqdakı fil" olaraq qalır.

Mövsüm,

AzNews.az