- Qərb
- 03:24
- 773
“İranın yeddi sürətli qayığı vurulub” – Donald Tramp
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ qüvvələri Hörmüz boğazında İranın yeddi “sürətli qayığını” məhv edib. Vaşinqton eyni zamanda Körfəzdə ilişib qalan gəmiləri bu strateji su yolundan çıxarmağa çalışır.
ABŞ-nin “Project Freedom” adlandırdığı əməliyyat çərçivəsində Maersk şirkəti açıqlayıb ki, ABŞ bayrağı altında üzən gəmilərindən biri hərbi müşayiətlə boğazı təhlükəsiz şəkildə tərk edib və ekipaj üzvləri zərər görməyib.
Birləşmiş Ərəb Əmirlikləri və Cənubi Koreya isə bazar ertəsi bu mühüm dəniz yolunda gəmilərə hücumlar barədə məlumat yayıb. Həmçinin BƏƏ-də Füceyrə neft limanında İran hücumu nəticəsində yanğın baş verdiyi bildirilib.
Boğazda gərginlik fevralda ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra artıb. İran buna cavab olaraq dünya neft və mayeləşdirilmiş qaz ticarətinin təxminən 20%-nin keçdiyi bu keçidi bağlayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi isə bildirib ki, vəziyyət göstərir: “siyasi böhranın hərbi həlli yoxdur” və ABŞ-ın təşəbbüsünü “dalana dirənən layihə” kimi qiymətləndirib.
ABŞ tərəfi hücumları təsdiqləsə də, İran bu iddiaları təkzib edir və yalnız ABŞ hərbi gəmisinə xəbərdarlıq atəşi açıldığını bildirir.
Mövsüm,
AzNews.az