Biləsuvar sakini dənizdə batıb. Biləsuvar sakini dənizdə batıb.

Biləsuvar sakini Lənkəranda dənizdə batdı

Biləsuvar sakini dənizdə batıb.


AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə dənizin Lənkəran rayonunun Sütəmurdov kəndi sahilində qeydə alınıb.

Biləsuvar rayon sakini, 1984-cü il təvəllüdlü Cavid Barat oğlu Miriyev dənizdə çimərkən batıb. Onun meyidi yaxınlıqdakı şəxslər tərəfindən aşkarlanaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.