Türkiyə ordusu son günlər keçirdiyi əməliyyatlarda PKK-ya ağır zərbə vurub. Əməliyyatlarda ümumilikdə 260 terrorçu öldürülüb. HDP partiyasının sədri Səlahəddin Dəmirtaşın qardaşı daxil olmaqla 400 terrorist isə yaralanıb. Türkiyə ordusu son günlər keçirdiyi əməliyyatlarda PKK-ya ağır zərbə vurub. Əməliyyatlarda ümumilikdə 260 terrorçu öldürülüb. HDP partiyasının sədri Səlahəddin Dəmirtaşın qardaşı daxil olmaqla 400 terrorist isə yaralanıb.

PKK-ya ağır zərbə - Dəmirtaşın qardaşı da vuruldu

Türkiyə ordusu son günlər keçirdiyi əməliyyatlarda PKK-ya ağır zərbə vurub. Əməliyyatlarda ümumilikdə 260 terrorçu öldürülüb. HDP partiyasının sədri Səlahəddin Dəmirtaşın qardaşı daxil olmaqla 400 terrorist isə yaralanıb.


AzNews.az-ın məlumatına görə,Türk Hava Qüvvələri dünən 16:00 radələrindən başlayaraq gecə yarısına kimi F-16 qırıcı təyyarələri ilə PKK hədəflərini bombardman edib.

28 qırıcının iştirak etdiyi "Şəhid Onbaşı Həmzə İldırım" adı verilən əməliyyatda 65-dən çox terrorçu hədəfi darmadağın edilib.

Bir gün öncəki "Şəhid Leytenant İbrahim Tanrıverdi" adı verilən əməliyyatda isə 100-dən artıq hədəf 80 qırıcı ilə vurulub.


Nəticədə terrorçulara aid 35 sığınacaq, 15 mağara, 4 tunel, 2 yeraltı silah anbarı, 2 anbar, 4 ağacaltı sığınacaq və çox sayda silah-sursat məhv edilib.

Qeyd edək ki, Türkiyə hökuməti PKK- qarşı əməliyyatların davam edəcəyini bildirib.

Vüsal
AzNews.az