Bu gün səhər saatlarında Bakı metrosunda həyəcanlı anlar yaşanıb. Bu gün səhər saatlarında Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

Bakı metrosunda həyəcan: Sərnişinlər vaqondan boşaldıldı

Bu gün səhər saatlarında Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

AzNews.az xəbər verir ki, qatar “Həzi Aslanov”dan “İçərişəhər” istiqamətində sərnişinsiz gedib. Həmin qatardan sonra “Həzi Aslanov” stansiyasında növbətçi “qatara minik yoxdur” deyə sərnişinlərdən qatarı boşaltmasını tələb edib. Bundan sonra metroda sərnişin sıxlığı yaranıb.

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin sözlərinə görə, buna səbəb vaqonların birinin qapısında yaranan texniki nasazlıq olub: “Vaqon xətdən çıxarıldı, təmirə göndərildi”.

Bahar RÜSTƏMLİ
AzNews.az