“Ümumi orta təhsil bazasında ümumtəhsil müəssisələrində təhsilalanların buraxılış imtahanlarının yenə də iki mərhələdə, lakin 3 fənn üzrə keçirilməsi nəzərdə tutulur”. “Ümumi orta təhsil bazasında ümumtəhsil müəssisələrində təhsilalanların buraxılış imtahanlarının yenə də iki mərhələdə, lakin 3 fənn üzrə keçirilməsi nəzərdə tutulur”.

Bu il kəsilən abituriyentlər gələn il necə imtahan verəcəklər? – DİM-dən açıqlama

“Ümumi orta təhsil bazasında ümumtəhsil müəssisələrində təhsilalanların buraxılış imtahanlarının yenə də iki mərhələdə, lakin 3 fənn üzrə keçirilməsi nəzərdə tutulur”.

Bunu AzNews.az-a Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarov deyib. Yeni təhsil proqramı (kurikulum) ilə bağlı ali məktəblərə qəbul imtahanlarında ediləcək dəyişikliklərə toxunan X. Xanlarov bildirib ki, hər iki mərhələdə şagirdlərin bilikləri tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə qiymətləndiriləcək.

“Birinci mərhələdə əsasən, tədris dili üzrə şagirdlərin oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq və qapalı tipli tapşırıqlardan, yazı işlərindən, riyazi bacarıqları yoxlamaq məqsədilə isə açıq tipli tapşırıqlardan, xarici dil üzrə də şagirdlərin oxuyub-anlama, dinləyib-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq və qapalı tipli tapşırıqlardan, yazı işlərindən istifadə ediləcək. İkinci mərhələdə isə hər bir fənn üzrə qapalı tipli test tapşırıqları olacaq”, - deyə o əlavə edib.

X. Xanlarovun sözlərinə görə, tam orta təhsil səviyyəsi üzrə yekun qiymətləndirilmə imtahanları isə bir mərhələdə – tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcək: “Bu mərhələdə şagirdlərin bilikləri kurikulum əsasında, tələb olunan bacarıq və vərdişlərin yoxlanılması üçün açıq və qapalı tipli tapşırıqlardan istifadə olunmaqla qiymətləndiriləcək.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanı 5 ixtisas qrupu üzrə aparılacaq. Abituriyentlər I, II, III və IV qrupa aid ixtisaslara qəbul olmaq üçün 3 fənn üzrə imtahan verəcəklər.

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlərlə yanaşı, buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq. V ixtisas qrupunun ixtisaslarına və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər əlavə olaraq qabiliyyət imtahanı da verəcəklər”.

Qeyd edək ki, ali təhsil müəsisələrinə qəbulda dəyişikliklər edilib. Dəyişikliyə əsasən, qəbul prosesində abituriyentlərin ümumi qəbul balı yenə də maksimum 700 olsa da, bu balın maxsimum 300-nü orta məktəblərdən buraxılış imtahanında, maksimum 400-nü isə qəbul imtahanında toplamalıdırlar.

Səidə Nurməmmədli,
AzNews.az