Sahildə yerləşən bir çox ölkələrdə sərnişinlərin daşınması üçün gəmidən istifadə edilir. Türkiyədə “vapur” adlandırılan bu cür gəmilər tıxacların azalmasına səbəb olmaqla yanaşı, həm də əhalinin vaxta qənaət etməsi və ekoloji fəsadların minimuma enməsi ilə nəticələnir. Buna görə də gəmini əlverişli nəqliyyat vasitəsi kimi qiymətləndirə bilərik. Sahildə yerləşən bir çox ölkələrdə sərnişinlərin daşınması üçün gəmidən istifadə edilir. Türkiyədə “vapur” adlandırılan bu cür gəmilər tıxacların azalmasına səbəb olmaqla yanaşı, həm də əhalinin vaxta qənaət etməsi və ekoloji fəsadların minimuma enməsi ilə nəticələnir. Buna görə də gəmini əlverişli nəqliyyat vasitəsi kimi qiymətləndirə bilərik.

Gəmi idarə etmək üçün sürücülük vəsiqəsini necə almaq olar? – Kapitandan açıqlama

Sahildə yerləşən bir çox ölkələrdə sərnişinlərin daşınması üçün gəmidən istifadə edilir. Türkiyədə “vapur” adlandırılan bu cür gəmilər tıxacların azalmasına səbəb olmaqla yanaşı, həm də əhalinin vaxta qənaət etməsi və ekoloji fəsadların minimuma enməsi ilə nəticələnir. Buna görə də gəmini əlverişli nəqliyyat vasitəsi kimi qiymətləndirə bilərik.

Bütün nəqliyyat vasitələrində olduğu kimi, sürücülük vəsiqəsi gəmi üçün də vacib məsələdir.

Gəmidən istifadə üçün sürücülük vəsiqəsini necə almaq olar?

AzNews.az-ın bu və digər suallarına cavab verən İsmət Qayıbov adına gəminin kapitanı Faiq Balabəyli bildirib ki, gəmini bir nəfər idarə eləmir: “Gəmini hərəkətə gətirmək üçün bu sahədə ixtisaslaşmış şəxslər bir komanda şəklində işləyir. Bu şəxslərin ixtisaslaşması üçün Dövlət Dəniz Akademiyası fəaliyyət göstərir. Burada gəmi naviqasiyası mühəndisliyi, gəmi sürücülüyü, gəmilərin istismarı üçün energetik qüvvələrin daşıyıcısı və s. kimi ixtisaslar var. Bundan əlavə, Azərbaycan Dövlət Dəniz Balıq Sənayesi kolleci fəaliyyət göstərirdi ki, sonradan bu da Azərbaycan Dövlət Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin balansına verildi. Bakının Sahil qəsəbəsində 16 saylı, 14 saylı Ələt qəsəbəsində peşə liseyləri var ki, onlar da gəmiçiliklə əlaqəli yəni, gəmi matrosu, gəmi elektriki, gəmi aşpazı kimi ixtisaslaşmış kadrlar hazırlayır. Beləliklə bu sadaladığım təhsil müəsisələrini bitirən tələbələr həmin diplomla aidiyyatı tədris mərkəzlərinə müraciət edirlər. Lökbatanda Neft şirkətinin və Xəzər Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin tədris mərkəzləri var. Burada Beynəlxalq Dəniz Konvensiyasına uyğun olaraq müxtəlif səpkili sertifikatlar verilir. Bu sertifikatlar nədir? Bilirsiz ki, gəmidə dənizçilər yerdən təcrid olunurlar. Onlara ilk tibbi yardım, idarəetmə bacarığı , gəmilərin mühafizəsi, yanğından mühafizə , elektron xəritələr və s. kimi çoxsaylı sertifikatlar verirlər”.

Kapitan deyib ki, bu sertifikatlar alınandan sonra Beynəlxalq Dəniz Konvensiyasına uyğun olaraq bütün dünyada tanınan gəmiçilik şirkətləri dünya sularına çıxa bilərlər.

“Bütün gəmilərin imo nömrəsi var. İmo nömrəsi nə deməkdir? Müxtəlif rəqəmləri toplayırsan, çıxırsan, axırda hansısa bir ixtiyarı rəqəm alınır ki, bu gəmi pirat gəmisi deyil. Onunla bilinir ki, bu gəmi Beynəlxalq Dəniz Konvensiyasına uyğun bir gəmidir. Sertifikatlar alındıqdan sonra Azərbaycan Dövlət Dəniz Agentliyinə müraciət olunur və bu müraciətdən sonra dənizçilər ayrıca bir imtahan da verirlər. DP sertifkatına sahib olmaq üçün isə dənizçilər Bakıda, Sankt -Peterburqda, Odessada xüsusi kurslar keçsələr də, imtahan birbaşa Londona onlayn verilir. Bu sertifikat yalnız gəmi kapitanlarına və kapitan köməkçilərinə aiddir. Bütün bunlardan sonra Azərbaycan Dövlət Gəmiçiliyi bir daha imtahan edir, imtahan edəndən sonra dənizçiyə işçi diplomu verilir. İşçi diplomu veriləndən sonra hər bir şirkət özü əlavə imtahan keçirir. Dənizçilərin nəzəri və praktik təcrübələri imtahan komissiyası tərəfindən qiymətləndirilir və bundan sonra dənizçilərin dənizə çıxmaq imkanı olur.

Bundan sonra dənizçilərin dənizə çıxmaq imkanı olur. Gördüyünüz kimi bu heç də asan bir proses deyil”, – deyə o əlavə edib.

Kapitanın sözlərinə görə, dənizçi olmayan şəxslərin də mütləq şəkildə sənədləri olmalıdır ki, dənizə çıxa bilsinlər: “Balıqçıların istifadə etdiyi balaca qayıqları çıxaq, onlar onsuz da icazə sənədi alırlar. Dənizə çıxışı olmasını istəyən hər bir şəxsin yuxarıda sadaladığım proseslərdən keçməsi vacibdir. Həmin şəxslər yalnız Dəniz Adminstirasiyasının verdiyi sənədlərlə, imo nömrəsi olan gəmilərlə dənizə çıxa bilərlər. O adamlar ki, onların özlərinin katerləri var, katerlərini idarə etməsi üçün onlar xüsusi təhsili olan dənizçiləri işə cəlb edirlər. Bütün hallarda sertifikat olmalıdır, Beynəlxalq dəniz Konvensiyasının sənədlərinə uyğun olmalıdır”.

Qeyd edək ki, bu gün Baş nazir Novruz Məmmədov “Kiçikhəcmli gəmiləri idarə etmək üçün sürücülük vəsiqələrinin verilməsi Qaydası”nı təsdiq edib.

Səidə Nurməmmədli,
AzNews.az