Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunu”nun direktoru Ceyhun Paşayevin AzNews.az-a müsahibəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunu”nun direktoru Ceyhun Paşayevin AzNews.az-a müsahibəsi

"Vulkanların yaxınlığındakı yaşayış məntəqələri..." - Müsahibə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunu”nun direktoru Ceyhun Paşayevin AzNews.az-a müsahibəsi

- İki gün əvvəl baş verən Otman-Bozdağ palçıq vulkanının püskürməsi ilə bağlı nə deyə bilərsiniz?

- Sentyabrın 23-də iki fazada Otman-Bozdağ püskürdü. Yəni, bir saat aralığı ilə iki ardıcıl püskürməsi baş verdi. Ərazidə yaranan çatlar da onu göstərir ki, həqiqətən çox güclü püskürmə idi. Alov sütunu xaric olunub, cənub-şərq yəni, dəniz istiqamətində dərin yarğan açılıb. Bu yarğan vasitəsilə dağın ətəyinə milyonlarla kub palçıq vulkanı məhsulu xaric olunub. Xaric olunan vulkanın orta qalınlığı təxminən 4-6 metr idi. O vulkanda son püskürmə keçən il fevral ayının 6-da baş verib. Deməli, 1810-cu ildən bəri bütün vulkanlarda baş verən püskürmələr qeydiyyata alınır. Bu vulkanın həmin dövrdən qeydə alınmış püskürmələri arasında demək olar ki, ən güclü püskürməsidir. Keçən əsrin əvvəllərində bundan da güclü püskürmüşdü. Uzaq keçmişi nəzərə almasaq, o vulkanda bu cür püskürməyə təsadüf olunmayıb.

- Ümumiyyətlə hazırda Azərbaycanda nə qədər palçıq vulkanı var?

- Azərbaycanda son hesablamalara görə, 365 vulkan var. Nəyə görə, son hesablama deyirəm? Quruda olan bütün vulkanların sayı dəqiq məlumdur. Yəni, qurudadır deyə onu axtarıb tapmaq, qeydiyyata salmaq, adlandırmaq mümkün olub. Amma sualtı palçıq vulkanlarının sayı çoxdur. Belə deyim, onların sayı bu gün beşdirsə, sabah qırx beş, daha sonra beş yüz də ola bilər.

- Bəs, bu vulkanların püskürmə aralığı necədir?

- Bu barədə heç kim dəqiq məlumat verə bilməz. Bu, proqnozlaşdırılması mümkün olmayan prosesdir. Hər hansı formada qaz çıxışları, intensivlik olan zaman düşünmək olar ki, püskürmə baş verə bilər. Lakin birmənalı şəkildə əvvəlcədən bilmək mümkünsüzdür.

- Vulkanların yaxınlığında olan yaşayış məntəqələrinə püskürmənin zərərləri nələrdir?

- Ümumiyyətlə, Azərbaycanda palçıq vulkanı çoxdur. Onların bir neçəsinin lap yaxınlığında yaşayış məntəqəsi var. Amma püskürmə baş verən vulkanla “Ümid” yaşayış məntəqəsi arasında məsafə 7-8 km-dir. Yəni birmənalı olaraq, heç bir təhlükə yoxdur.

- Bu təbiət hadisəsi ilə bağlı həmin ərazidəki insanların təhlükəsizliyi üçün hansı tədbirlər görülür?

- Bu, təbiət hadisəsidir. Məsələn, Bakıda o gün yağış yağdı. Gördünüzmü? Hər yeri su basmışdı. Təbiət hadisəsidir, heç kim sığortalanmamışdı və proqnozlaşdırmaq mümkün deyildi. Bu da təbiət hadisəsidir. Sadəcə olaraq Ekologiya və Təbi Sərvətlər, Fövqəladə Hallar nazirliklər və müvafiq qurumlar vulkanla bağlı yaxınlıqda yerləşən əhaliyə xəbərdarlıq vərəqləri paylayıb. Vərəqələrdə bildirilib ki, onların yaxınlığında vulkan var, özlərini qorumalıdırlar. Biz bunu daim edirik.

Gələcəkdə vulkana yaxın ərazilərdə yaşayış obyekti və ya sənaye müəsisələri salınması kimi neqativ hallara rast gəlinəcəyini düşünmürəm. Buna çox ciddi nəzarət olunacaq.

Qeyd edək ki, sentyabrın 23-də Qaradağ rayonu ərazisində yerləşən Otman-Bozdağ palçıq vulkanı püskürüb.

Səidə Nurməmmədli

AzNews.az

image description image description image description image description