Dünya ölkələrinin əksəriyyəti silah istehsal etmir. Bu baxımdan, 29 ölkədən çoxsaylı şirkətin Azərbaycanda təşkil edilən müdafiə sərgisində iştirak etməsi Azərbaycanın dünyadakı nüfzu, bu sahədə əldə etdiyi nailiyyətlərin artıq tanınması deməkdir. Dünya ölkələrinin əksəriyyəti silah istehsal etmir. Bu baxımdan, 29 ölkədən çoxsaylı şirkətin Azərbaycanda təşkil edilən müdafiə sərgisində iştirak etməsi Azərbaycanın dünyadakı nüfzu, bu sahədə əldə etdiyi nailiyyətlərin artıq tanınması deməkdir.

“İstehsal etdiyimiz silahlara ciddi maraq var” - Aydın Mirzəzadə

Dünya ölkələrinin əksəriyyəti silah istehsal etmir. Bu baxımdan, 29 ölkədən çoxsaylı şirkətin Azərbaycanda təşkil edilən müdafiə sərgisində iştirak etməsi Azərbaycanın dünyadakı nüfzu, bu sahədə əldə etdiyi nailiyyətlərin artıq tanınması deməkdir.

Bunu AzNews.az-a açıqlamasında YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə dedi.

O, bu gün Bakıda açılan “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi barədə danışarkən qeyd etdi ki, Azərbaycan dünya silah bazarında yeni iştirakçıdır. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yaranmasından cəmi 13 il ötüb. Bu qısa müddətdə günün tələblərinə cavab verən silah istehsal etmək olduqca məsuliyyətli və çətin bir məsələdir:

“Azərbaycan bunun öhdəsindən gələ bildi. Bu müddətdə təkcə hərbi sursatlar deyil, eyni zamanda, hərbi texnika və silah istehsalına nail olduq. Azərbaycan bir sıra hərbi texnikanın özündə istehsalını təşkil etdi ki, bu isə xarici bazarda asılılığımızı azaltdı. Bu gün Azərbaycan müdafiə sənayesinin buraxdığı məhsullar təkcə Azərbaycan Silahlı Qüvvələrinin deyil, eyni zamanda, xarici ölkələrin də ordularında arzuolunan bir hərbi silahdır”.

A.Mirzəzadə belə bir sərginin Azərbaycanda təşkil edilməsini ölkəmizin beynəlxalq nüfuzu ilə əlaqələndirdi. Bildirdi ki, hazırda dünya ölkələrinin əksəriyyəti silah istehsal etmir. Bu baxımdan, 29 ölkədən çoxsaylı şirkətin Azərbaycanda təşkil edilən müdafiə sərgisində iştirak etməsi Azərbaycanın dünyadakı nüfzunun, bu sahədə əldə etdiyi nailiyyətlərin artıq tanınması deməkdir:

“Heç bir şübhə yoxdur ki, bu sərgi zamanı ikitərəfli və çoxtərəfli əlaqələr qurulacaq, Azərbaycan silahlarının satılması, diqqəti cəlb edən silah və texnikanın alınması və hətta birgə silah istehsal edilməsinə dair razılığa gəlinəcək”.

Qeyd edək ki, sentyabrın 25-də Bakı Ekspo Mərkəzində “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb. Prezident İlham Əliyev sərgi ilə tanış olub.

“ADEX-2018” sərgisi dünyanın 29 ölkəsini təmsil edən 224 şirkəti bir araya gətirib. Sərginin iştirakçıları olan bir sıra ölkələr əvvəlki illərlə müqayisədə milli ekspozisiyalarının sahəsini böyüdüblər. Təmsil olunan şirkətlərin sayının çoxluğuna görə ilk dördlüyə Türkiyə (41şirkət), Rusiya (25 şirkət), İsrail (14 şirkət) və Belarus (10 şirkət) daxildir. İştirakçıların coğrafiyası Estoniya, Hindistan və Qazaxıstan kimi ölkələrin hesabına genişlənib. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir. Pavilyonlarda müasir silah və texnikalar nümayiş olunur.

Elgün MƏNSİMOV
AzNews.az