Azərbaycan hərbi sahədə istifadə üçün nəzərdə tutulan "Tufan" zirehli maşınını nümayiş edib. Azərbaycan hərbi sahədə istifadə üçün nəzərdə tutulan "Tufan" zirehli maşınını nümayiş edib.

Azərbaycanın “Tufan”ı

Azərbaycan hərbi sahədə istifadə üçün nəzərdə tutulan "Tufan" zirehli maşınını nümayiş edib.

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, zirehli texnika Bakıda keçirilən ADEX -2018 3-cü Beynəlxalq Müdafiə Sərgisinə çıxarılıb.

Uzunluğu 7300 mm olan maşının eni 2440 mm, hündürlüyü isə 2820 mm-dir.

Maşının təkər bazası 3820 mm-dir.

Ümumi çəkisi 15 min kiloqram olan texnikanın məmulat yükü 12 min kiloqram, faydalı yükü isə 3 min kiloqramdır.

Zirehli maşın artıq yaxın vaxtlarda Azərbaycan Silahlı Qüvvələrinin istifadəsinə veriləcək.

AzNews.az