14:22
(077) 610-22-33

Əkrəm Əylislidən Nalbandyana FOTOCAVAB

  • >
452 22 May 2013 15:29 | Cəmiyyət

Sabiq xalq yazıçısının Bakı küçələrindəki ən son fotoları AzNews.az-da



Məlum olduğu kimi, Böyük Britaniyada səfərdə olan Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Oksford Universitetində çıxışında azərbaycanlı yazıçı Əkrəm Əylislidən danışıb. Nazir çıxışında yazıçıya Azərbaycanda təzyiqlərin olduğunu və o, yaşamaq üçün Azərbaycandan xaricə üz tutduğunu vurğulayıb.

Erməni nazirin bəyanatına cavab olaraq AzNews.az-ın əməkdaşı Əkrəm Əylislinin paytaxt Bakı küçələrində azad və sərbəst gəzdiyi halda görüntüləyib.

Xatırladaq ki, Nalbandyanın bəyanatı ilə bağlı bu gün saytımıza açıqlama verməkdən imtina edən yazıçı yalnız bunları deyib: "Kefim lap əladır. Yaxşıyam və hər şey də qaydasındadır"

AzNews.az əməkdaşı tərəfindən bu günlərdə çəkilən və özündə Bakının mərkəzi küçələrində gəzən Əkrəm Əylislinin qayğısızlığını ifadə edən fotoşəkillər əslində erməni nazirin sayıqlamalarına ən tutarlı cavabdır.
Fotolar Ə. Əylislinin erməni nazirin söylədiklərini əksinə olaraq Azərbaycanı tərk edərək yaşamaq üçün xaricə getmədiyini göstərməklə yanaşı kefinin doğrudan da kök olduğunu nümayiş etdirir.

Fotomüxbir: Mahir Hüseynbəyli
AzNews.az
image description image description image description
Bağla X