06:21
(077) 610-22-33

“Binə”dəki aksiyada saxlanılanların ibtidai istintaqı yekunlaşıb

  • >
568 10 İyun 2013 10:27 | Cəmiyyət

Yanvarın 19-da "Binə" ticarət mərkəzində keçirilən aksiya zamanı saxlanılan şəxslərin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

APA-nın məlumatına görə, hazırda cinayət işi ilə tanışlıq mərhələsi başlayıb. Vəkillər cinayət işinin materialları ilə tanış olduqdan sonra iş baxılması üçün məhkəməyə göndəriləcək.

Qeyd edək ki, aksiya ilə bağlı Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsinin birgə yaydığı məlumatda bildirilir ki, yanvarın 19-da "Binə" Ticarət Mərkəzində fəaliyyət göstərən bir qrup sahibkar rəhbərliyin icarə haqqını qaldırmasına etiraz olaraq Bakı-Astara magistralının ticarət mərkəzinin yaxınlığından keçən hissəsini bağlamağa cəhd göstərib və nəqliyyatın hərəkətini iflic ediblər. Xəbərdarlığa məhəl qoymayan aksiya iştirakçıları polis əməkdaşlarına müqavimət göstəriblər və nəticədə, 10 polis müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir neçə xidməti avtomobilə isə ziyan vurulub.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

AzNews.az
Bağla X