15:19
(077) 610-22-33

Cəmil Quliyev Anar Yusifoğludan şikayət etdi: Məhkəmə olacaq

  • >
1 854 5 Avqust 2014 13:31 | Cəmiyyət

Bu gün İTV-nin baş direktoru Cəmil Quliyevin aktual.az- saytının rəhbəri Anar Yusifoğludan və "Azadlıq" qəzetindən Mətbuat Şurasına etdiyi müraciətə baxılıb. AzNews.az xəbər verir ki, C.Quliyevin bu müraciətinə iyulun 8-də aktual.az saytında dərc olunan "Cəmil Quliyev Avropa Məhkəməsinə verilir" başlıqlı, ikinci sərlövhəsi "Emin Hüseynov: "Cəmil Quliyev heç vaxt müstəqil şəxs olmayıb" olan yazı səbəb olub.
Cəmil Quliyevi iclasda onun hüquqi nümayəndəsi təmsil edib. Hüquqşunas Cəmil Quliyevin Şura sədri Əflatun Amaşova etdikləri müraciəti xatırladıb və əlavələrinin olmadığını bildirib.

Aktual.az saytının rəhbəri Anar Yusifoğlu isə bildirib ki, qarşı tərəf onun qərəzli olduğunu sübut etməlidir. Hüquqşünas bildirib ki, "Emin Hüseynov: "Cəmil Quliyev heç vaxt müstəqil şəxs olmayıb" sərlövhəsini qoymaqla sayt baş direktora böhtan atıb. Bundan sonra tərəflər arasında belə bir dialoq yaranıb:

Anar Yusifoğlu:
- Sən İTV-nin neçə prinsipinin olduğunu bilirsən?

Hüquqşünas:
-Xeyr.

A.Y
-Onda sən bura niyə gəlmisən? Həmin prinsiplərdən biri plüralizm və dözümlülükdür. Gərək, dözümlü olasınız. Biz bu yazıyla bağlı qarşı tərəfin də mövqeyini vermək istəmişik. Amma aktual.az saytına danışmaq istəməyiblər. İTV-nin işgüzar nüfuzuna elə İTV rəhbərliyi xələl gətirir. Şəffaf institutu məhv etdiyi üçün. Bizim dövrümüzdə hər şey direktorlar şurasında həll olunurdu. Məsələn, bizim dövrümüzdə futbol yarışının yayım hüququnu 700 minə almışdıq və AZTV-yə 600 minə satmışdıq. O ki, qaldı Emin Hüseynova, mən onun mövqeyini bölüşmürəm. Burdakılar şahiddir ki, mən İTV-də işləyəndə dəfələrlə Emin Hüseynovla mübahissələrimiz olub.

Müzakirələrdən sonra Mətbuat Şurası məsələ ilə bağlı mövqeyini açıqlayıb. Tövsiyyə olunub ki, İctimai Televiziya mətbuatla daha sıx işləməli və normal münasibətlər qurmalıdır. Aktual.az saytına isə qarşı tərəfin də mövqeyini dərc etmək tövsiyyə olunub.

Qeyd edək ki, Cəmil Quliyevin müraciətində hər iki mətbu orqanı məhkəməyə verəcəyi eyhamı vurulub.


AzNews.az
Bağla X