12:45
(077) 610-22-33

Barak Obama: “Rusiya cavab verməyə məcbur ediləcək”- VİDEO

  • >
1 142 13 Mart 2014 09:33 | Dünya


ABŞ prezidenti Barak Obama "Ağ ev"də Ukraynanın baş naziri Arsen Yasenyuku qəbul edib.

AzNews.az-ın "Amerikanın səsi" radiosuna istinadən verdiyi məlumata görə, görüşdə Barak Obama Ukrayna xalqının demokratiya uğrunda mübarizədə göstərdiyi şücaəti yüksək qiymətləndirdiyini və gələcək taleyini müəyyənləşdirmək hüquqna malik olduğunu deyib.

ABŞ prezidenti bildirib ki, Ukrayna müstəqilliyini itirilməsinin astanasında olub: "Rusiyanın öz fəaliyyəti ilə imzaladığı bütün beynəlxalq qanunları və sazişləri pozur. Ukrayna ilə Rusiya arasında tarixi əlaqələrin olduğu məlumdur. Ancaq bu əks tərəfə sərhədləri aşmağa əsas vermir. Heç kim Ukraynanın daxili işlərinə qarışa bilməz".

B. Obama Krım Muxtar Respublikasının separatçı rəhbərliyinin martın 16-na təyin etdikləri referenduma da öz münasibətini bildirib:

""Avtomat qundağı" ilə keçirilən bu referendumu legitim saymaq mümkün deyil. Bu beynəlxalq və Ukrayna qanunlarına zidd hərəkətdir. ABŞ bu referendumu qəbul etmir. Əgər Rusiya bu əməlini dayandırmayacaqsa, ABŞ və Avropa İttifaqı məcburiyyət qarşısında qalaraq, Rusiyanın qanunları pozduğuna görə, cavab verməyə məcbur edəcək".

B. Obamanın sözlərinə görə, ABŞ Ukraynanın iqtisadi problemlərinin həlli ilə bağlı "Dəstək paketi" təqdim edəcək: "Bununla bağlı Konqresə sənəd ünvanlanacaq. Biz də xahiş edəcəyik ki, bu sənədin ratifikasiyası tez bir zamanda həyata keçirilsin. İlkin olaraq, Ukraynaya 1 milyard məbləğində kreditin verilməsi nəzərdə tutulur".

Görüşdə A. Yasenyuk dəstəyə görə, ABŞ prezidentinə təşəkkürünü bildirməklə yanaşı deyib ki, Ukrayna bölgədəki bütün ölkələrlə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyətin tərəfdarı olmaq niyyətindədir.
)

AzNews.az
Bağla X