15:03
(077) 610-22-33

Əyri diş, çatma qaş, üzdə çapıqlar- Dünyanın cazibədar əlamətləri (FOTO)

  • >
11 204 9 May 2017 10:39 | Günün fotosu

Avropanın gözəllik idealları bizim üçün yaxın və anlaşıqlıdır. Lakin elə ölkələr var ki, bizi cəzb etməyən əlamətlər həmin ölkənin gözəllik rəmzi hesab olunur.

AzNews.az müxtəlif ölklərdə seksual və cazibədar hesab olunan əlamətləri sizə təqdim edir.

Yaponiya - Əyri dişlər

Qərb ölkələrində dişlərin düz və nizamlı olması gözəllik hesab olunur. Yəqin ki, bunun əksi mümkün deyil. Lakin Yaponiyada mümkündür. Ada ölkəsində insanlar “yaeba”, yəni əyri dişləri sevirlər. Yaponlar hesab edirlər ki, əyri dişlər simanın daha zərif görünməsinə səbəb olur. Yaponiyada bu trendə görə qızlar və oğlanlar stomatoloqlar qarşısında növbəyə dayanırlar.

Qərbi Afrika, Yeni Qvineya - Üzdə çapıq

Yeni Qvineya və bir neçə Afrika ölkəsində sakinlər öz bədənlərini çapıqlarla bəzəyirlər. Oğlanlar yeniyetmə yaşına gəldikdə bunu edirlər. Qızlar üçün isə bu cür tatu gözəllik əlaməti hesab olunur. Yeri gəlmişkən inkişaf etmiş ölkələrdə də tatu dəb halına çevrilib.

Cənubi Koreya – Ürəkşəkilli sima

Cənubi Koreyada plastik əməliyyat nəinki geniş yayılıb, hətta, orada bu, norma hesab olunur. Şəhərin hər yerində əməliyyata təşviq edən reklam lövhələri asılıb. Burada gözəllik əlamətlərindən biri simanın ürək formasında olmasıdır. Bundan ötrü koreyalılar ən ağır əməliyyatlara belə getməyə hazırdırlar.

Mavritaniya - Artıq çəki

Mavritaniyada qızların qarın nahiyəsində piy qatları yoxdursa, onların oğlanları cəzbetmə şansları sıfıra bərabərdir. Qızların lazımi çəki və qabaritə çatması üçün anaları onları xüsusi “ferma”lara verirlər. Həmin qızların günlük kalori payı 16 min kilokaloriyə çatır. Norma isə 1500 kilokalori təşkil edir.

İran – Üzdə cərrahi sarğı

İranda burun əməliyyatı məşhurdur. Burada oğlanlar və qızlar yastı burun xətrinə hər şey etməyə hazırdırlar. Onlar üçün bu cəmiyyət arasında nəinki gözəllik, həm də xüsusi statusdur. Hətta, onlar burun əməliyyatına getməsələr belə, burunlarının üzərində cərrahi sarğı vurmaqla, sanki, əməliyyatdan çıxbmışlar kimi təsəvvür yaradırlar.

Çin, Tailand – Ağ dəri

Asiyanın bir çox bölgəsində açıq rəngli dəri gözəllik etalonu hesab olunur. Mağazaya daxil olub üzə qulluq vasitəsi axtarsanız, çətin ki, ağardıcı effekti olmayan vasitə tapa biləsiniz. Bu, hətta, kişilər üçün təraşdan sonra vurulan kremin tərkibinə də aiddir. Çimərliklərdə isə üzü maskasız çinli görmək, demək olar ki, mümkün deyil.

Fulbe qəbiləsi –Uzun alın

Bu qəbilə qadınlarının əsas bəzəyi uzun alına sahib olmalarıdır. Qızlar bu illuziyanı yaratmaq üçün bəzən saçlarının ön hissəsini kəsdirməli olurlar.

Myanma – uzun boğaz

Myanmanın rayonlarından biri “zürafə qadınlar ölkəsi” adlanır. Burada padaunq qəbiləsi yaşayır. Onların boğazlarında sarı misdən halqalar var. Onlar hesab edirlər ki, qadının boğazı nə qədər uzun olarsa, o, bir o qədər gözəl olar. Rəvayətə görə, bu halqalar onları pələnglərdən də qoruyur.

Mursi qəbiləsi – Genişlənmiş dodaqlar

Efiopiyada yaşayan bu qəbilənin qızları xüsusi disklər vasitəsi ilə dodaqlarını genişləndirirlər. Dodaq nə qədər geniş olarsa, qızın sosial statusu o qədər çox olar. Bu qəbilənin adətlərinə görə, evlilik zamanı verilən başlıq pulunun miqdarı da disklərin həcmindən asılıdır. Bu adətin yaranması iki ehtimal ilə bağlıdır. Birinci ehtimal budur ki, mursilər pis ruhların insan bədəninə ağızdan girdiyinə inanırlar. Bu disklər isə onların qarşısını alır. Digər versiyaya görə isə mursilər belə edirlər ki, onları qula çevirməsinlər.

Tacikistan – Çatma qaşlar

Tacikistanın bir neçə rayonunda qızların çatma qaşlara sahib olması qadın gözəlliyinin standartlarından biridir. Əgər təbiət qadına bu gözəlliyi bəxş etməyibsə, o, qaşlarının arasına qara boya çəkə bilər. Yerli camaat arasında belə bir inanc var ki, çatma qaşlar uğurlu bəxtin rəmzidir.

Bəxtiyar Abbasov

AzNews.az

Top xəbərlər
Bağla X