- Köhnə - Hadisə
- 6 Fevral 2013 14:17
- 1 720
Fəhlə itkin düşdü
İtkin düşən şəxs Gürcüstan vətəndaşıdır
Gürcüstan vətəndaşı Bakıda itkin düşüb. Gürcüstan vətəndaşı Nəriman
Məmmədov APA-ya bildirib ki, oğlu 1978-ci il təvəllüdlü Elçin Nəriman oğlu Məmmədov Bakı şəhərində fəaliyyət göstərən "Sədərək" ticarət mərkəzində yerləşən "Çin karqo" firmasında fəhlə işləyib: "Oğlum elə həmin firmaya məxsus, Qaradağ rayonu, Korgöz adlanan ərazidə yerləşən anbarda gözətçi işləyib, arvadı və iki azyaşlı uşağı ilə birlikdə orada yaşayıb.
İş yoldaşlarının dediyinə görə, Elçin 23 dekabr 2012-ci il tarixdə iş yoldaşları ilə birlikdə kafelərin birində yemək yedikdən sonra naməlum şəraitdə yoxa çıxıb".
AzNews.az