Bakıda intihar hadisəsi baş verib. Bakıda intihar hadisəsi baş verib.

Bu gecə “Park bulvar”ın qarşısında elə hadisə baş verdi ki... 35-40 yaşlı kişi...

Bakıda intihar hadisəsi baş verib.

AzNews.az-ın məlumatına görə, dünən saat 22 radələrində Daxili İşlər Nazirliyinin 102-qaynar xəttinə Dənizkənarı Milli Park ərazisindən bir nəfərin özünü dənizə ataraq intihar etməsi ilə bağlı məlumat daxil olub.Hadisə şahidləri bildiriblər ki, 35-40 yaşlı kişi “Park Bulvar” ticarət-əyləncə mərkəzinin yanında özünü suya atıb. O, suda boğularaq gözdən itib.

Müraciət əsasında polis xilasetmə qüvvələrinə məlumat verib və gecə saatlarında FHN-in əməkdaşları əraziyə gələrək meyiti sudan çıxarıb.

Hazırda intihar edən şəxsin kimliyinin dəqiqləşdirilməsi istiqamətində iş aparılır.

AzNews.az