22:19
(077) 610-22-33

18 rayonun hərbi komissarı işdən çıxarıldı

  • >
1 191 13 Avqust 2012 11:55 | Hadisə


Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xeyli əməkdaşı işdən çıxarıldı. AzNews.az-a verilən məlumata görə, xidmətin 18 rayon üzrə idarə rəisləri tutduqları vəzifədən azad ediliblər. İşdən çıxarılanlar arasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran, Masallı, Tovuz, İmişli, Gəncə, Kəpəz, Nizami və Suraxanı və digər rayonların idarə rəisləri də var.

Qeyd edək ki, prezident İlham Əliyev bu il fevralın 13-də "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun tətbiqi barədə fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilərək onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Prezident İlham Əliyevin sərəncamı ilə Arzu Rəhimov Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.

AzNews.az
Bağla X