11:14
(077) 610-22-33

Xəzər sahilində mina həyəcanı - VİDEO

  • >
546 13 Yanvar 2014 18:55 | Hadisə

Lənkəranda, Xəzər dənizi sahili zolağında mina həyəcanı yaşanıb. Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsinin əraziyə təhkim olunan sərhəd mühafizə naryadı Xəzər Dənizi sahilində, bir- birindən 600 metr məsafə aralıqda 2 ədəd tank əleyhinə TM - 62 markalı mina aşkarlayıb. Sərhəd naryadı dərhal aidiyyatı qurumları məlumatlandırıb. Hadisə yerinə Lənkəran Hüquq Mühafizə Orqanlarının əməliyyatçıları, Təcili- Tibbi Yardım, DSX və FHN əməkdaşları cəlb olunub. Ərazi nəzarətə götürülüb və təhlükəsizlik tədbirləri görülüb. Hər iki mina ərazidən götürülərək, 300 metr məsafədə Xüsusi tədbirlərdən sonra zərərsizləşdirlib.

Həmin ərazidə balıq ovu ilə məşğul olan balıqçılar, buranın vaxtilə rus ordusunun paliqonu olduğunu bildirir.

Hər iki mina zərərsizləşdirildikdən sonra əməliyyatçılar həmin sahil zolağının təqribən 1 km məsafəsinə baxış keçiriblər. Ərazidə əlavə bir mina aşkar edilməyib.




AzNews.az
Bağla X