17:36
(077) 610-22-33

Tələbə yataqxanasında yanğın - Yenilənib

  • >
1 102 1 Mart 2014 09:57 | Hadisə

Bakıda tələbə yataqxanasında yanğın hadisəsi başlayıb.

AzNews.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, hadisə saat 09.30 radələrində Nəsimi rayonu Həsən Əliyev 17-də yerləşən 5 saylı yataqxanada yanğın başlayıb.

Yataqxananın Azərbaycan Tibb Universitetinə məxsus olduğu bildirilir.

Hazırda FHN-nin Dövlət Ynağından Mühafizə Xidmətinin əməkdaşları və Nəsimi rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunub. (10.28)

***

AzNews.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verən yanğın artıq söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Nəsimi rayon şöbəsindən daxil olan məlumata görə, yanğın Azərbaycan Tibb Universitetinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının binası ilə ilə üzbəüz yerləşən yataqxanasında baş verib.

Yanğın 5 mərtəbəli binanın 4-cü mərtəbəsində olub. Yanğın zamanı bir necə otağın ziyan çəkdiyi bildirilib.

Məhəmməd
AzNews.az
Bağla X