16:58
(077) 610-22-33

Abşeronda silahlı insident- yaralı var

  • >
2 132 27 Avqust 2014 19:23 | Hadisə

Abşeron polisi avqustun 22-də Saray qəbiristanlığı yaxınlığında Emil Bayramovu ov tüfəngi ilə yaralayan şəxsi həbs edib.

Axar.az xəbər verir ki, avqustun 22-də gecə saat 02.30-da Sumqayıt şəhər sakini Emil Bayram oğlu Bayramov "Opel Zafira" markalı 90 CP 447 nömrə nişanlı avtomobilində güllələnmişdi. Qolundan yaralanan E.Bayramov Sumqayıt Mərkəzi Xəstəxanasına müraciət edərək tibbi yardım almışdı.

Faktı araşdıran Abşeron Rayon Polis Şöbəsi güllələyənin kimliyini müəyyənləşdirib.

Şöbədən Axar.az-a bildirilib ki, E.Bayramova 2 dəfə atəş açaraq onu sol qolundan yaralayan Əli Pirəli oğlu Əliyev artıq saxlanılıb. Saray qəsəbəsi, Vəli Axundov küçəsi-34-də yaşayan 53 yaşlı Əli Əliyev ifadəsində E.Bayramova yanlışlıqla atəş açdığını bildirib.

Ə.Əliyevin barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi açılıb. Həmin maddə ilə Ə.Əliyev vətəndaş üzərində zor tətbiqi ilə müşayyət olunan qərəzli xuliqanlıqda ittiham olunur.

AzNews.az
Bağla X