21:57
(077) 610-22-33

Maşın 5 yaşlı uşağı vuraraq öldürdü

  • >
1 460 1 Mart 2015 20:51 | Hadisə

Oğuzda 5 yaşlı uşağı maşın vurub öldürüb.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat bölməsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 122-ci kilometrliyində, Oğuz rayonunun Bucaq kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, 1986-cı il təvəllüdlü, Oğuz rayonunun Kərimli kənd sakini Abdulla Rəşidinoviç Ziyayev idarə etdiyi "Saipa Sara" markalı 48 BC 530 dövlət nömrə nişanlı minik avtomobili ilə Şəkidən Oğuz rayonu istiqamətində hərəkətdə olarkən qəfildən magistral yolun hərəkət zolağına çıxan, 2010-cu il təvəllüdlü, rayonun Bucaq kənd sakini Ləman Əfqan qızını Rəşidlini vurub.

Qəza nəticəsində ağır bədən xəsarətləri alan 5 yaşlı Ləman Rəşidli hadisə yerində ölüb.
Məlumata görə, L. Rəşidli mikroavtobusdan düşərkən anasının əlini buraxaraq yolun hərəkət zolağına qaçıb.

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
Bağla X