20:46
(077) 610-22-33

Tərtərdə ev külə döndü

  • >
603 21 May 2015 09:00 | Hadisə

Tərtər rayonunda birmərtəbəli evdə yanğın olub.


AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə rayon mərkəzindən 6 km aralıda yerləşən Sarıcalı kəndində qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 2 otaqlı ev tamamilə yanaraq külə dönüb.

Yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bağla X