Moskvanın "Lujniki" stadionunda keçirilən final görüşü başa çatıb. Moskvanın "Lujniki" stadionunda keçirilən final görüşü başa çatıb.

6 qol vurulan Finalda dünya çempionu müəyyənləşdi - Mükafatlandırma + Fotolar (Yenilənib)

Moskvanın "Lujniki" stadionunda keçirilən final görüşü başa çatıb.

AzNews.az xəbər verir ki, bu görüşdə gülən tərəf Şarl De Qolun həmyerliləri oldular.

Gərgin keçən matç fransızların 4-2 hesablı qələbəsi ilə yekunlaşdı. Əksər futbol azarkeşlərinin qəlbini öz əzmi ilə fəth edən Xorvatiya yığması isə gümüş medalların sahibi oldular.

Final oyununda hesab 18-ci dəqiqədə xorvat futbolçu Mario Manzukiçin avtoqolu ilə açılıb. Daha sonra 28-ci dəqiqədə Perişiçin qolu ilə hesabda bərabərlik bərpa olunsa da, sonrakı ssenari Fransanın xeyrinə olub.

Görüşdə növbəti tarixi qollara Fransanın heyətində Antuann Qrizman, Pol Poqba və gənc ulduz Kilian Mbappe imza atıblar.

Xorvatiyanın ikinci qolunda isə fransız qapıçı Huqo LLorisin kobud səhvindən sonra Mario Manzukiç fərqlənə bilib.

Oyunun ən yaxşısı, yəni "Man of Match" isə Antuan Qrizmann seçildi.

Oyundan sonra isə mükafatlandırma mərasimi keçirilib.

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description