Polşanın Qdansk şəhərində Reuters agentliyinin ofisində jurnalistlər arasında atışma baş verib. Polşanın Qdansk şəhərində Reuters agentliyinin ofisində jurnalistlər arasında atışma baş verib.

Jurnalistlər arasında atışma - Ofis bir-birinə dəydi

Polşanın Qdansk şəhərində Reuters agentliyinin ofisində jurnalistlər arasında atışma baş verib.

AzNews.az Belarus mətbuatına istinadən xəbər veriri ki, Baltik dənizinin sahilində yerləşən ofisdə otaqların birində atəş səsləri eşidilib. Atəş açan şəxs öz həmkarını öldürmək istəyib. O havaya iki dəfə atəş açandan sonra ofisin digər əməkdaşları təşviş içərisində oranı tərk edib. Əməkdaşlardan biri atəş açan şəxsin üzərinə tullanaraq ona zərbələr endirib. Atəş açan şəxs polis tərəfindən saxlanılıb və araşdırma aparılır. İnsident nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, atəş açan şəxs 30 yaşlı belaruslu, əslən Qrodno şəhərindən olan Stepan Sviderskidir. O agentlikdə kadrlar idarəsində işləyib və həmkarları onu qapalı biri kimi tanıyıb. Onun üzərində 3 pistolet aşkar edilib.

image description