Dünən nəhayət, 10 illik tövbəmi pozub qorxu, yəni horror filminə baxdım. Axırıncı dəfə qorxu filminə baxandan sonra binanın qaranlıq blokuna çıxmağa qorxmuşdum. Kinoda gördüyüm əcaib-qəraib varlıqlar gözümün qabağından getmirdi, deyirdim, indicə atılacaqlar üstümə. Dünən nəhayət, 10 illik tövbəmi pozub qorxu, yəni horror filminə baxdım. Axırıncı dəfə qorxu filminə baxandan sonra binanın qaranlıq blokuna çıxmağa qorxmuşdum. Kinoda gördüyüm əcaib-qəraib varlıqlar gözümün qabağından getmirdi, deyirdim, indicə atılacaqlar üstümə.

Bu film hamınızı qorxudacaq - Mirmehdi Ağaoğlu

Dünən nəhayət, 10 illik tövbəmi pozub qorxu, yəni horror filminə baxdım. Axırıncı dəfə qorxu filminə baxandan sonra binanın qaranlıq blokuna çıxmağa qorxmuşdum. Kinoda gördüyüm əcaib-qəraib varlıqlar gözümün qabağından getmirdi, deyirdim, indicə atılacaqlar üstümə.

Uzunçuluq çıxmasın, həmən hadisədən sonra necə oldusa bir dəfə də qoxru filminə baxası oldum, daha doğrusu cəhd etdim. Evdə təkəm, qaranlıq. Balkonun açıq qapısından külək vurduqca pərdələr yellənir, sehirli atmosfer yaradırdı. Filmdə ölülər qəbirdən çıxan zaman birdən balkonun qapısı da cırıldadı...

İlahi, elə bildim evə soxuldular. Necə qorxdumsa...

Bircə onu deyim, filmin ardına baxa bilmədim. O-bu, daha heç zaman qorxu filmləri izləməmişəm.

Mənə həmişə maraqlı olub, insanlar nə üçün qorxu filminə baxırlar? Adam oturduğu yerdə niyə diksinməli, izafi həyəcan keçirməlidir, həyatımız zatən, stresli, gərgin deyilmi?

Əlbəttə, bunlar mənim arqumentlərimdir. Qarşı tərəfin də öz arqumentləri var. Və görünür həmin arqumentlər də tutarlıdır ki, dünyada bu qədər qorxu filmi həvəskarları var.

Elə “CinemaPlus” kinoteatrlar şəbəkəsi də bu həvəsi nəzərə alaraq, “Rahibənin lənəti” adlı yeni film nümayiş etdirməyə hazırlaşır. Dünən filmin jurnalistlər və ictimaiyyət nümayəndələri üçün baxışı baş tutdu. Sabahdan isə premyerası olacaq.

Gəlin film haqqında bir qədər məlumat verim.

“Rahibənin lənəti” 2018-ci ildə rejissor Korin Hardi tərəfindən ekranlaşdırılıb. Ekran işində Taissa Farmiqa, Şarlott Houp, Bonni Aarons, Conni Koyn, İnqrid Bisu kimi aktyorlar çəkiliblər.

22 milyon dollara başa gələn film Amerikadakı prokatlardan 229 milyon dollardan çox gəlir gətirib.

Filmdə hadisələr 1953-cü ildə baş verir. Rumıniyada yerləşən abbatlıqlardan birində rahibə intihar edir. Vatikan müəmmalı intihar hadisəsini araşdırmaq üçün ora şər qüvvələrlə mübarizə aparmaq üzrə ixtisaslaşmış keşişi və rahibə olmağa hazırlaşan gənc qızı göndərir. Keşiş və gənc qız abbatlıqda qeyri-adi hadisələrlə qaşrılaşır, qara qüvvənin hücumunə məruz qalırlar. Məlum olur ki, abbatlıqda nə vaxtsa açılmış yarıqdan şər qüvvə çıxıbmış. Keşişlər İsanın qanından istifadə etməklə o yarığı bağlayıblar. Lakin İkinci Dünya müharibəsində abbatlığa düşən bombalardan biri yarığın qapısını zədələyir və yerin altına gömülmüş şər qüvvə yenidən peyda olur. Və qoca bir rahibənin donuna bürünərək vahimə yayır. Şər qüvvə güclənərək dünyaya hakim olmaq üçün gənc qızın ruhuna sahiblənməlidir. Məsələ burasındadır ki, Şər qüvvəni də təzədən yerin altına məhz həmn gənc qız gömə bilər, özü də İsanın qanı vasitəsi ilə. Görəsən, bu mübarizədə kim qalib gələcək?

Cavab əlbəttə hazırdır, həyatdan fərqli olaraq, sənət əsərlərində hər zaman Xeyir qalib gəlir.

Lakin kəskin effektli, yüksək həyəcanlı bu mübarizəyə baxmağa dəyər. Film boyu dəfələrlə qorxacaq, vahimələnəcəksiniz, nəbziniz sürətlə döyünməyə başlayacaq. Elə biləcəksiniz indicə sinəniz yarılacaq və ürəyiniz ovcunuza düşüb sərçə balası kimi atılıb-düşməyə başlayacaq.

Lap qorxu filmlərindəki kimi.

Hər nə isə.

Mən gedim tövbəmi təzələyim. Sizsə mənə fikir verməyin. Əgər horror filmləri həvəskarısınızsa o zaman gedin, baxın, qorxun.

Sağ-salamat qorxasız.

AzNews.az