05:40
(077) 610-22-33

Ermənistandan dünyaya yayılan təhlükə - “Risk yüksəkdir”

  • >
1 996 19 May 2016 11:27 | Region

“Cinayətkar rejimin ərazisində köhnəlmiş atom-elektrik stansiyasının olması bütün region dövlətləri üçün təhlükədir”.


Bunu AzNews.az-a-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev "Stop Metsamor" kampaniyasına şərh verərkən deyib. O, Ermənistanı davranışlarına görə terrorist dövlət adlandırıb: "Ermənistan siyasi rəhbərliyi bu günlərdə Haaqqa tribunalında mühakimə edilən Serbiya hərbi-siyasi rəhbərliyində olan şəxslərdən əməllərinə görə heç nə ilə fərqlənmirlər. Metsamor AES-in istismar imkanlarından doğan təhlükə öz-özlüyündə məsələnin bir tərəfidir. Bu yaxınlarda Çernobıl qəzasının 30 illiyi qeyd edildi. Yaponiyanın Fukusima AES-da baş verənlər yaddaşdan silinməyib. Spitak zəlzələsi hamının yadındadır. Metsamorun tektonik ərazidə yerləşməsi risk əmsalını dəfələrlə yüksəldir. Bu deyilənlər AES-dən törəyən birinci dərəcəli təhlükədir".

Ə.Əliyev qeyd edib ki, cinayətkar rejimin yurisdiksiyasında olan ərazidə AES-lər üçün nəzərdə tutulan zənginləşdirilmiş radioaktiv yanacağın olması daha qorxulu məqamdır: "Artıq qonşu Gürcüstanda 2 dəfə 2010 və 16-cı illərdə 2 cinayətkar qruplaşma həbs edilib. Hər 2 qruplaşma radioaktiv yanacaq konteynerlərini satmağa cəhd zamanı zərərsizləşdiriliblər. Hər 2 heyət adı çəkilən dövlətin siyasi rəhbərliyinə çıxışı olan şəxslərdən ibarət olub. Belə "əmtəə" yalnız terrorizm məqsədilə çirkli bombaların hazırlığında istifadə edilə bilərdi. Əl Qaidə, İŞİD, Əl Şabab və s. terrorist birləşmələr belə xammalın istifadəsinə həvəs göstərirlər. Göründüyü kimi erməni rəhbərliyi hansı terrorist birləşmələrlə əlaqəlidir. Ona görə də Ermənistan ərazisindən dünyaya təhdid saçan mənbənin - AES-in bağlanması ilə bağlı qaldırılan təşəbbüs dəstəklənməli və genişləndirilməlidir".

Qeyd edək ki, Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyasının Cənubi Qafqaz, Orta Asiya, Xəzər və Qara dəniz ölkələri üçün təhlükə mənbəyinə çevrilməsi ciddi müzakirə mövzusuna çevrilib. Hətta bununla bağlı regionun təhlükədən qorunmasını təmin etmək məqsədilə "Stop Metsamor" kampaniyasına başlanılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X