Erməni yazıçı həbs edildi

Türkiyədə yaşayam erməni yazıçı, ölkənin tanınmış linqvistlərindən olan Sevan Nşanyan həbs olunub.

Musavat.com-un "Amerikanın səsi"nə istinadən verdiyi xəbərə görə, o, kasasiya məhkəməsinin qərarı əsasında, qanunsuz tikinti işi apardığı üçün tutulub.
"Hürriyet" qəzetinin yazdığına görə, erməni yazıçı Şirinçe şəhərində qanunsuz ev inşa edib. O ərazidə ki, ora məhkəmənin qərarı ilə "ictimai kompleks" hesab edilir. Müəllif Yel və Kolumbiya universitetlərinin məzunu olan Nşanyanın cəmi bir il öncə "əhalinin müəyyən kəsiminin dini dəyərlərini təhqir elədiyi üçün" İstanbul Məhkəməsinin hökmü ilə bir il müddətinə azadlıqdan məhrum edildiyini də xatırladıb.


AzNews.az