20:38
(077) 610-22-33

PKK-nın təsisçilərindən biri öldü

  • >
683 28 Mart 2014 08:00 | Region

Terror təşkilatı PKK-nın təsisçilərindən olan Şahin Binici xərçəng xəstəliyindən ölüb. Anspress-in xəbərinə görə, Şahin Binici 1984-cü il avqustun 15-də Siirt vilayətinin Eruh rayonunda PKK-ya aid ilk silahlı aksiyanı həyata keçirən terrorçulardan biridir. Daha sonra bu səbəbdən yaxalanan Binici 20 il həbsxanada yatmışdı.

2009-cu ildə terror təşkilatının növbəti silıahlı hücumunda iştiurak edən Ş. Binici daha 2 il həbsxana həyatı yaşamalı olub.

Xərçəng səbəbindən xəstəxanada müalicə olunan və burada ölən terrorçu üçün Sülh və Demokratiya Partiyası (BDP) Diyarbəkir Suruç təşkilatında mərasim təşkil edilib və təxminən 5 min PKK kürdünün iştirakı ilə basdırılıb.

AzNews.az
Bağla X